Son yenilənmə: 2026-09-17
Love MemoriX-in adı, loqosu, dizaynı, mərhələ konsepsiyaları, mənbə kodu və bütün hazır (stok) media kitabxanası Bakuvi Solutions-a məxsusdur və müəllif hüququ, marka və digər əqli mülkiyyət qanunları ilə qorunur. Yazılı icazəmiz olmadan bunları kopyalamaq, təkrar yaymaq və ya kommersiya məqsədilə istifadə etmək qadağandır.
Layihənizə yüklədiyiniz foto, video, mahnı və mətnlərin müəllif hüququ SİZDƏ qalır. Bizə verdiyiniz yeganə hüquq — layihənizi paylaşdığınız link üzərindən göstərə bilməyimiz üçün lazım olan, məhdud və qeyri-eksklüziv saxlama/nümayiş lisenziyasıdır. Bu Məzmunu heç vaxt sizin razılığınız olmadan başqa məqsədlə (məs. reklamda) istifadə etmirik.
Layihənizə mahnı, şəkil və ya video yükləyərkən (o cümlədən "Bizim Tezlik" mərhələsində YouTube linki əlavə edərkən) bunun müəllif hüquqlarına sahib olduğunuzu, ya da istifadəyə açıq/lisenziyalı material olduğunu YALNIZ SİZ təsdiqləyirsiniz.
Biz üçüncü tərəflərin əqli mülkiyyət hüquqlarına hörmət edirik və istifadəçilər tərəfindən yüklənən, hüquq pozuntusu ehtiva edən məzmuna görə birbaşa məsuliyyət daşımırıq — lakin əsaslandırılmış bildiriş aldıqda belə məzmunu araşdırıb silirik (aşağıya bax).
Əgər hesab edirsinizsə ki, Xidmətdəki hər hansı bir layihə sizin müəllif hüququnuzu pozan məzmun ehtiva edir, aşağıdakı məlumatlarla info@bakuvisolutions.az ünvanına yazın: (1) pozulduğunu iddia etdiyiniz əsərin təsviri, (2) mübahisəli məzmunun harada olduğu (link, mümkünsə), (3) əlaqə məlumatlarınız, (4) hüquq sahibi olduğunuza dair qısa təsdiq.
Bildirişi 5 iş günü ərzində araşdırıb, əsaslıdırsa, məzmunu Xidmətdən silirik.
"Love MemoriX" və "Bakuvi Solutions" adları və müvafiq loqolar ticarət nişanlarıdır. Bunları yazılı icazəmiz olmadan hər hansı məhsul, xidmət və ya domendə istifadə etmək qadağandır.